Bakıda icra başçısının avtomobili qaydaları heçə saydı – VİDEObackend

Bakıda icra başçısının avtomobili qaydaları heçə saydı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qayda pozan sürücülərin görüntüsü yayılıb.

Avtosfer.az xəbər verir ki, hadisə martın 16-da paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb.

Qayda pozan avtomobillərin sırasında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xidməti avtomobili də olub.

Belə ki, icra başçısına məxsus 01-AA-001 BMW, həmçinin 99-KS-287 KIA, 90-ZS-357 “Toyota”, 90-BR-667 “Mercedes-Benz”, 77-DH-678 “Opel”, 99-OS-798 “Skoda”, 77-PB-828 “Ford”, 99-JZ-508 “Ford”, 99-OE-585 “Mercedes-Benz” markalı avtomobillərin sürücüləri sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks yola çıxıblar.

Sürücülər axına qarşı hərəkət edərək qaydaları kobud şəkildə pozublar.