Bakıda ianə qutusu oğurlandıbackend

Bakıda ianə qutusu oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə Q.Qarayev prospektindəki köşklərin birinin qarşısından içərisində yardım üçün yığılmış 350 manat pul olan qutusunun oğurlanması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov müəyyən edilərək saxlanılıb.