Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılırbackend

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacağı yerə, “İçərişəhər” stansiyasının qarşısına aparılıb.
Bunu açıqlamasında abidənin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib.
Onun sözlərinə görə, heykəl hələ tam quraşdırılmayıb: “Tam yerində deyil. Üç-dörd gün olar ki aparıblar. Hələ orada təmir gedir, pilləkənləri dəyişirlər. Açılışının vaxtı ilə bağlı dəqiq xəbər yoxdur”.