Tribuna İnformasiya Agentliyi

Bakıda hər gün ölümə atılanlar – VİDEO

09 İyul

Piyada keçidi olsa da, uzaqdadır. Vətəndaşlar isə qısadaha dəqiq desək təhlükəli yoldan, hərəkətdə olan maşınların arasındankeçirlər. Bu da qəzaları qaçılmaz edir. bu vəziyyət Xətai rayonunda bir neçə yerdə müşahidə olunur.

TİA.AZ  xezerxeber.az-a istinadən bildirir ki, piyada keçidi var amma uzaqdadır. Buna görədə əksər piyadalar magistral yolu həyatlarını təhlükəyə atarak keçir.

Söhbət Paytaxtın Xətai rayonu Nobel prospektindən gedır. Bir qrup sakin prospektdə piyada keçidinin və piyada zolağının az olmasından şikayətlənir.

Onların sözlərinə görə, işə, məktəbə gedənlər piyada keçidi uzaqda olduğu üçün məcbur olub yolu bu formada keçirlər. Belə olduqda isəqəza halları qaçınılmaz olur.

Nargilə dairəsinin yaxınlığındakı dayanacaqdan bir neçə metr uzaqlıda yerləşən dəmiryolu körpüsündən vətəndaşlar əvvəllər keçid kimidə istifadə ediblər. İndi bu yerdən keçmək mümkün deyil.

 Eyni problem Nobel Prospektində kənd Əhmədli istiqamətinə gedən yolda da yaşanır.

Bakı Nəqaliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri mais ağayev isə bildirib ki, hazirda piyada keçidlərinin vəziyyətləri ilə bağli paytaxtda təhlillər aparilir və hansi ərazilərdə piyada keçidlərinə ehtiyac olub olmadiği araşdirilir. qeyd olunan ünvana da baxiş keçiriləcək və ehtiyac varsa həmin ərazilərdə piyadalarin rahat keçməsi üçün zəruri tədbirlər görüləcək.