Bakıda güclü yanğınla bağlı Qərargah yaradıldı, sakinlər təxliyyə edildi-VİDEObackend

Bakıda güclü yanğınla bağlı Qərargah yaradıldı, sakinlər təxliyyə edildi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında “Metro-City” ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.
TİA.AZ xəbər verir ki, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb. Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub. Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.
Yanğının söndürülməsi istiqamətində Qərargah yaradılıb. Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəlib.
Hazırda ətrafda yaşayan binaların sakinləri ərazidən təxliyyə edilir.