Bakıda görünməmiş hadisə: Avtobus sürücüsü qapını əlində apardı – VİDEObackend

Bakıda görünməmiş hadisə: Avtobus sürücüsü qapını əlində apardı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb. Bu barədə sosial şəbəkələrdə video görüntü paylaşılıb.

Videodan da göründüyü kimi 106 nömrəli marşrut xəttinin sürücüsü avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib. Həmin görüntülər böyük müzakirələrə səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən məsələ ilə bağlı BAKU.WS-ə bildirilib ki, hadisə bu gün 10:40 radələrində qeydə alınıb:

“Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99RU659 DQN “avtobusun iştirakı ilə yol nəaliyyat hadisəsi qeydə alınıb. Daşıyıcnın verdiyi məlumata görə, yük avtomobili svetaforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsinin avtobusun sürücü yerləşən hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb”.