Bakıda film kimi olay: pandemiya vaxtı torpağında ev tikdilər, özünü isə… – Şikayətbackend

Bakıda film kimi olay: pandemiya vaxtı torpağında ev tikdilər, özünü isə… – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan vətəndaşı Yavər İsfəndiyar oğlu İbrahimov Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərova müraciət edib.
TİA.Az-a da müraciətini ünvanlayan vətəndaş yazır ki, bir qrup şəxs birləşərək ona məxsus torpaq sahəsində özbaşına ev tikiblər və həmin ev digər şəxsə satılıb:
“Hörmətli cənablar, Əvvəllər baş prokurora ünvanladığım şikayətlərə görə hədələnirəm. Vilayət Eyvazova şikayətlərim çatmır. Bu gün məndən tələb edirlər ki, yuxarı orqanlara şikayət etməyim. Pozulmuş hüquqlarımın bərpasından, halal mülkümdən imtina edim”.
Vətəndaş müraciətində mülkündə torpaq tikən şəxslərin adlarını sadalayır: “Mülküm Alidə Mirzəyeva, Asif Seyidov kimi fırıldaqçılıqla məğşul olan insanlar tərəfindən qəsb olunub. Bu adamlar 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən himayə olunur.
Mənə məxsus mülkün özbaşına olaraq Alidə Mirzəyeva tərəfindən tikilərək vətəndaşlara satıb mənfəət götürməsi ilə bağlı Suraxanı rayon 30-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdim. Amma şöbənin tədqiqatçısı, polis kapitanı Şahin Mikayılov işin hallarını düzgün araşdırmadı, etdiyim şikayəti rədd etdi”.
Vətəndaş yazır ki, Baş prokurora əvvəlki müraciətindən sonra iş materialları Bakı Şəhər Prokurorluğundan tələb edilib. Lakin heç bir nəticə olmayıb: “Baş prokurora bu barədə şikayət ərizəsi ilə müraciət edəndən sonra araşdırılması üçün işi Bakı Şəhər Prokurorluğuna göndərdilər. Hələ də məsələyə baxan yoxdur. Amma Alidə Mirzəyeva guya peşman olubmuş kimi mənimlə görüşüb, halallaşmaq üçün telefonuma zəng edib. Mən də onun bu hərəkətini qəbul edib, görüşmək istəmişəm”.
Vətəndaş deyir ki, onun torpağını qəsb edənlər şikayətlərinin qarşısını almaq üçün onu şərləməkdən də çəkinmirlər: “Alidə Mirzəyeva məni bu il sentyabrın 18-i evinə yaxın əraziyə dəvət etdi. Guya mənə dəyən zərəri ödəyəcəkdi. Görüş vaxtı dedi ki, bu şikayətlərini yığışdır, yoxsa sənin üçün pis olacaq. Səni məhv etdirəcəyəm. Sonra da hay-küy saldı ki, guya mən onun üzərinə hücum etmişəm. Bu zaman qəfildən 30-cu Polis Şöbəsinin əməkdaşları tökülüşdülər. Məni polislə təhdid etdi”
Vətəndaş torpağında ondan xəbərsiz ev tikilməsinin pandemiya dövrünə təsadüf etdiyini yazır: “Hörmətli Prokuror, cənab nazir!
Mənə məxsus hasara alınmış 5 sot torpaqda 2 otaq tikmişəm. Amma içərisində daim yaşamamış, vaxtaşırı aldığım əraziyə baş çəkmiş, əkin işləri ilə məşğul olmuşam. Pandemiya ilə əlaqədar olaraq bir müddət şəxsi mülkümə baş çəkə bilməmişəm. Amma bu il yanvarın 21-də ora baş çəkən zaman torpağımın 2.5 sot ərazisində naməlum şəxslər tərəfindən 2 evin tikildiyinin şahidi olmuşam. Evlərdə yaşayan insanlara yaxınlaşıb onlardan mənim torpaq sahəmdə nə üçün özbaşına ev tikdiklərinin səbəbini soruşduqda bildirdilər ki, evləri Mirzəyeva Alidə Fərəməz qızından alıblar. Alidə Mirzəyeva ilə görüşüb məsələyə aydınlıq gətirməsini istəyəndə isə bizə bildirib ki, torpaq sahəsini Asif Seyidovdan alıb. Onlar əlbir olub mənə məxsus torpaq sahəsini mənimsəyiblər. Hüquqlarımın pozulması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Amma çox təəssüf ki, araşdırma birtərəfli qaydada aparıldı. Hərtərəfli araşdırma aparılmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 fevral 2021-ci ildə qərar verdi. Bu barədə Sizə də müraciət etmişəm. Xahiş edirəm, məsələni araşdırıb, qanuni ölçü götürəsiniz”.

TİA.Az