Tribuna İnformasiya Agentliyi

Bakıda eyvanlarda paltar asılan iplər kəsilir

21 İyun

Nərimanov rayonunda yerləşən bir neçə binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər  kəsilib.

Bunu Oxu.Az-a açıqlamasında rayonun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib.

Onun sözlərinə görə, binaların fasadına xələl gətirən nə varsa, mütəmadi olaraq İcra Hakimiyyəti tərəfindən yığışdırılır:

“Yalnız prospektə baxan binalar deyil, digər küçələrdə də binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər kəsilir”.