Tribuna İnformasiya Agentliyi

Bakıda Ermənistan məhsulu satılır – Fotolar

20 Sentyabr
Bakıda Ermənistan istehsalı olunmuş peçenye-bakkuş satılır.
Bu barədə Musavat.com-a həmin məhsulun alıcısı olan istehlakçılar xəbər verib.
Onların dediyinə görə, səhər-səhər iş yerində çayla içmək üçün aldıqları məhsulun üzərində oxuya bilmədikləri yazı qrafikası ilə yazılmış sözlər görüblər və onun ya gürcü, ya erməni əlifbasına məxsus sözlər olduğunu düşünüblər. Daha sonra istehlakçılar bilən adamlardan soruşublar və onlara bildirilib ki, bu, Ermənistanda istehsal olunmuş məhsuldur.
“Choco Pie” adlanan peçenye “Bazarstor”dan alınıb. Məhsulun digər tərəfində Azərbaycan dilində də yazı var.
Maraqlıdır, Azərbaycanla heç bir ticarət və ya hər hansı bir əlaqəsi olmayan düşmən dövlətin məhsulu ölkəmizə necə gəlib çıxır?