Bakıda ən bahalı – 10 BİZNES MƏRKƏZİ – SİYAHIbackend

Bakıda ən bahalı – 10 BİZNES MƏRKƏZİ – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində ən bahalı icarə haqqı olan biznes mərkəzləri mməlum olub.

FED.az xəbər verir ki, ölkənin tanınmış qiymətləndirmə şirkəti olan «VECON CONSULTİNG» paytaxtın biznes mərkəzləri bazarını araşdıraraq ən yüksək icarə haqqı olan 10 mərkəzin siyahısını tərtib edib.

Bu mərkəzlərdə bir kvadratmetrin qiyməti 30-50 manat arasında dəyişir.

Sözügedən biznes mərkəzlərin xarakterik cəhəti onların mərkəzə yaxın olması, kommunal və digər xidmətlərin tam zərfinin təqdim edilməsi, eləcə də icarə müqaviləsinin qaydalara uyğun rəsmiləşdirilməsidir.

Bu da ciddi şirkət və təşkilatların, o cümlədən xarici qurumların həmni mərkəzlərə marağını artırır. Yeri gəlmişəkn, icarə müqaviləsinin qaydasında rəsmiləşdirilməsi səbəbindən 14% vergi ödənişi öhdəliyi də yaranır ki, bu da son nəticədə icarə haqlarını son məbləğinə də təsirini göstərir.

«VECON CONSULTİNG»in araşdırması göstərir ki, yüksək icarə haqqı olan biznes mərkəzlərinin siyahısına «Port Baku» başçılıq edir. Sonrakı yerləri tutan mərkəzlərin əksəriyyəti Bakının mərkəzində yerləşir, amma onların arasında paytaxtın yeni inzibati mərkəzinə çevrilən Heydər Əliyev prospektində yerləşən mərkəzlər də mövcuddur.

Ağ şəhər ərazisində yerləşən «BAKU WHİTE CİTY Office Building» də bahalı biznes mərkəzlər sırasındadır.

 

AD

Ünvan Aylıq icarə haqqı

(AZN/m2)

1. PORT BAKU Neftçilər prosppekti . 153 50,0
2.  MARİNA PLAZA Üzeyir Hacıbəyov, 62 45,0
3. İSR PLAZA Nizami küçəsi 69 40,0
4. BAKU WHİTE CİTY Office Building 8 Noyabr küçəsi, 25 35,0
5. BRİDGE PLAZA Bakıxanov küçəsi, 6 35,0
6. WİNTER PARK PLAZA Rəsul Rza küçəsi, 75 34,0
7. ÇİNAR PLAZA Heydəər Əliyev prospekti, 106A 34,0
8. ALTES PLAZA İsmayıl Bəy Qutqaşınlı 507-511 30,0
9. CASPİAN PLAZA Cəfər Cabbarlı, 44 30,0
10. CİTY POİNT BAKU C.Məmmədquluzadə,102 A 30,0

Paylaş

 

DİGƏR XƏBƏRLƏR