Tribuna İnformasiya Agentliyi

Bakıda dünyanın ən böyük pizzası hazırlandı-Fotolar

01 Noyabr

Ötən həftəsonu şəhərimizin sakinləri çox maraqlı tarixi hadisənin şahidi oldular. “Italdizain Group” şirkətinə məxsus olan Villeroy&Boch butiklərinin təşkilatçılığı ilə qısa zamanda dünyanın ən böyük pizza xəmirini yayan italyan aşbazı Paskual Barbasso Bakıda yeni dünya rekordunu vurdu.  Ötən həftəsonu şəhərimizin sakinləri çox maraqlı tarixi hadisənin şahidi oldular. “Italdizain Group” şirkətinə məxsus olan Villeroy&Boch butiklərinin təşkilatçılığı ilə qısa zamanda dünyanın ən böyük pizza xəmirini yayan italyan aşbazı Paskual Barbasso Bakıda yeni dünya rekordunu vurdu.

Ən son rekorddan 12 sm böyük olan pizzanı cəmi 2 dəqiqəyə yayan Paskual Barbassonun bu dəfəki rekordu 96 sm oldu. Bu məqamı qeydə almaq üçün “Ginnesin rekordlar akademiyası”nın sertifikatlaşdırılmış nümayəndəsi Zoran Golubovic, İtalya səfirinin müavini Culia Culotti və Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü, memarlıq üzrə fəlsəfə doktoru Elçin Əliyev təşrif buyurmuşdular.