Tribuna İnformasiya Agentliyi

Bakıda duman, rayonlarda leysan olacaq

18 May

Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ-a verilən məlumatda deyilir.

Havanın temperaturu gecə 15-18°, gündüz 24-28° isti təşkil edəcək. Bakıda gecə 17-19°, gündüz 25-27° isti təşkil edəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti təşkil edəcək.