Bakıda dördəm dünyaya gəldi – VİDEObackend

Bakıda dördəm dünyaya gəldi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda xəstəxanaların birində dördəm dünyaya gəlib.

TİA.AZ BAKU.TV-yə istinadən xəbər verir ki, tibb müəssisələrindən birində dünyaya gələn körpələrdən üçü oğlan, biri isə qızdır.

Həkimlərin sözlərinə görə, körpələrin ən böyüyünün çəkisi 1 kq. 140 qr, ən kiçiyinin çəkisi isə 1 kq. 100 qramdır. Ananın və uşaqların vəziyyəti normaldır.

Uşaqları dünyaya gətirən 30 yaşlı qadın Zaqataladandır. Bu, onun ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə 33-cü həftədə doğulublar.

Körpələrin 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.