Bakıda direktor şagirdləri döydü: Araşdırmalara başlandı – VİDEObackend

Bakıda direktor şagirdləri döydü: Araşdırmalara başlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb.
Paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb.
Onun bu hərəkəti kameraya düşüb.

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu video ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
Bu barədə Qaynarinfo-ya idarədən bildirilib. Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək:
“Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”