backend

Bakıda dilənçilər bir-birini bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda dilənçilər bir-birini bıçaqlayıb. 

Bakıda dilənçilər bir-birini bıçaqlayıb.

Report-un xəbərinə görə, hadisə Sabunçu rayonu, Qanbay Vəzirov küçəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Məmmədov Mətləb Vəzir oğlu 24 yaşlı Salmanov Asim Rasim oğlunun çənəsinə bıçaqla zərbə vurub. Xəsarət alan A.Salmanov da bıçaqla M.Məmmədovun kürək nahiyəsinə zərbə vurub. Hər iki şəxs Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti əməkdaşlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Onlar reanimasiya şöbəsində həkim nəzarətindədir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, A.Salmanov və M.Məmmədov Sabunçu rayonu ərazisində avtomobil yollarında dilənçiliklə məşğul olurlar.