BAKIDA DƏHŞƏTLİ CİNAYƏT: Ata 13 yaşlı qızının sevgilisini boğub məzarlıqda basdırdıbackend

BAKIDA DƏHŞƏTLİ CİNAYƏT: Ata 13 yaşlı qızının sevgilisini boğub məzarlıqda basdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 7-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti qəsəbə ərazisindəki məzarlıqdan tapılıb. Meyit isə bu gün, yəni sentyabrın 10-da aşkar edilib.

Əldə etdiyimiz məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.
Qeyd edək ki, H.Şeydabəyovun itkin düşməsi barədə xəbər vermişdik.
Hazırda faktla bağlı araşdırma aparılır.