Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdibackend

Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.

“Report” xəbər verir ki, bu barədə universitetin prorektoru Xanım Sultanova bildirib.

“Koronavirus BSU-dan da yan kecmədi. BSU-nun rus dili kafedrasının müdiri dosent Könül Qasımovanı itirdik. Hamı şok icində. Hamı kədər icində. Mən ilk dəfə rektorumu belə dərd icində, “necə bir gəlini itirdik”, – deyə icin-icin ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Hec özümə yer tapa bilmirəm!”, – deyə prorektor bildirib.