Tribuna İnformasiya Agentliyi

Bakıda dəhşətli qəza: 4 nəfər öldü

03 Dekabr
Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
TİA.AZ Report-a istinadən xəbər verir ki, hadisə Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb. Namiq Zülfüqarovun idarə etdiyi “Chevrolet” markalı, 90 RR 974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi “Kamaz” markalı, 27 BM 301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri – Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüblər. Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Pirallahı rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.