Bakıda çirkab suların gölə axıdılması aşkar edildi (FOTO)backend

Bakıda çirkab suların gölə axıdılması aşkar edildi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Martın 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən tədbir zamanı Nərimanov rayonu ərazisində yerləşən daş kəsimi sexlərindən Böyükşor gölünə çirkab suların axıdılması və sexdə tullantıların qalaqlanması faktları aşkar edilib. 
DİN-dən TİA.AZ-a bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsinin (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduqlarına görə Bakı şəhər sakinləri O.Nəsibov və M.Səmədov barəsində protokol tərtib edilərək hər biri  600 manat məbləğində cərimə ediliblər.
Habelə sexdə tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini T.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) ilə protokol tərtib edilərək 500 manat məbləğində cərimə olunub.