Bakıda çimərliklər nə vaxt açılacaq? – Yay sona yaxınlaşırbackend

Bakıda çimərliklər nə vaxt açılacaq? – Yay sona yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimində insanlarımız çimərliklərə gedə bilmirlər. Hazırda Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq avqustun 5-dək sərt karantin rejimi qüvvədədir. Avqustun 5-dən sonra yumşalma olarsa, çimərliklər açıla bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan professor Adil Qeybulla bildirib ki, çimərliklərlə bağlı məsələ hazırda müzakirə olunur:

“Biz də ümid edirik ki, çimərliklər açılsın. Düşünürəm ki, çimərliklər müəyyən karantin rejimlərinə əməl edilmək şərti ilə açılsa, yoluxmaların sayının çoxalma ehtimalı azalar. Çimərliklər açılarsa, oraya qoruyucu tibbi maska ilə getməli, sosial məsafəni qorumalı və ailəvi oturmalısan. Yalnız bu şərtlər daxilində çimərlik sahəsinə insanlar buraxıla bilər”.

Professor hər şeyin insanlarımızdan asılı olduğunu deyib:

“Qoyulan qaydalara məsuliyyətlə yanaşmalıdırlar. Əgər insanlarımız sosial məsafəni qorumadan, maskasız və kütləvi şəkildə çimərliklərə gedərlərsə, yoluxmaların sayını artıra bilərlər”.

Adil Qeybulla fikrini belə tamamlayıb: “Ona görə də bu məslələrdə diqqətli olmaq vacibdir”.