Tribuna İnformasiya Agentliyi

Bakıda cərimə meydançasında YANĞIN: 50-yə yaxın maşın kül oldu – FOTO

29 İyun

Paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançasındakı yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, hadisənin təfərrüatları araşdırılır: “Yanğınla bağlı araşdırma gedir. Maşınların sayı və dəyən ziyan hesablandıqdan sonra konpensasiya ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

***

Bakıda yanğın başlayıb.

Hazırda paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.

Yanğın hələ də davam edir. Yanan maşınlar arasında “BMW”, “Niva” və Vaz 2106-07 də var. Maşınların çoxu istifadəyə yararsızdır.

Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.

Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir.