Bakıda buludlu, rayonlarda isə… – Bazar gününün havasıbackend

Bakıda buludlu, rayonlarda isə… – Bazar gününün havası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yanvarın 16-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən TİA.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.