Bakıda bir evdən 15 minlik qızıl oğurladılar (VİDEO)backend

Bakıda bir evdən 15 minlik qızıl oğurladılar (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən evdən dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüsal Rzayev tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun qızıl-zinət əşyalarını dəyər-dəyməzinə, yəni 6 000 manata sataraq şəxsi ehtiyacları üçün xərclədiyi məlum olub.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Orxan Hüseynov saxlanılıb.
Onun Yeni Yasamal ərazisində yeni tikilməkdə olan binalarda usta işləyən şəxslərin təmir-tikinti alətlərini, həmçinin qeyd edilən ərazidə yerləşən mağazalardan birindən pul və tütün məmulatları oğurladığı məlum olub.
Qeyd edilən faktlarla bağlı Vüsal Rzayev və Orxan Hüseynov barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Vüsal Rzayev və Orxan Hüseynovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.