Tribuna İnformasiya Agentliyi

Bakıda çoxmərtəbəli yeni tikilən binada yanğın başlayıb – FOTOLAR, VİDEO

12 Aprel

Bakı şəhərində yeni tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Yanğın binanın yuxarı mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.