Tribuna İnformasiya Agentliyi

Bakıda bina 18 metr sürüşdü

17 Noyabr

Noyabrın 14-də gecə saatlarında Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı qəzalı binada uçqun olub. 

Noyabrın 14-də gecə saatlarında Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı qəzalı binada uçqun olub.

“Qəfildən bina silkələndi, elə bildik ki, zəlzələ oldu. Hamı uşaqları götürüb həyətə qaçdı. Baxdıq ki, binanın arxası uçub. İndi 3 gündür küçədə gecələyirik. 

Növbəti sürüşmədə bina tamamilə yerlə yeksan olacaq”. Bunu bina sakini Gülbəniz Məmmədova deyir.

Son 4-5 ildə bina 18 metr sürüşüb. Birinci mərtəbədən sonuncu mərtəbəyə qədər çatlar yaranıb, hətta çatlar o qədər dərindir ki, qonşu qonşunun evini görə bilir. Hazırda bu binada 105-i qaçqın ailəsi olmaqla 150-yə yaxın ailə yaşayır. /milli.az/