Bakıda bank müştərisi özünü yandırmaq istədibackend

Bakıda bank müştərisi özünü yandırmaq istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda banklardan birinin müştərisi maliyyə təşkilatının binasında özünü yandırmaq istəyib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 8-də saat 15:10 radələrində 1996-cı il təvəllüdlü paytaxt sakini Hacıarif Hüseynli Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən bir banka daxil olub və ofis işçilərinin gözü qarşısında üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Xoşbəxtlikdən mühafizəçilər ona mane olublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəbini aydınlaşdırıblar.

Əldə edilən məlumata görə, H.Hüseynli bankın fəaliyyətinə etirazını bu şəkildə bildirmək istəyib.

Maliyyə qurumu kredit ödənişlərini dayandırdığı üçün onun “Chevrolet Cruze” markalı avtomobilini müsadirə edib. Məlum olub ki, əvvəlcə bank maşını H.Hüseynliyə satmış Taleh adlı şəxslə lizinq müqaviləsi bağlayıb. H.Hüseynli isə avtomobil üzrə kredit ödənişlərini davam etdirməli imiş.

Lakin o, ödənişləri dayandırıb. H.Hüseynli bankın hərəkətlərini qanunsuz hesab edib.