Tribuna İnformasiya Agentliyi

Bakıda “ayıq sürücü” itkin düşdü – Foto

16 Avqust

Bakıda “ayıq sürücü” işləyən 26 yaşlı gənc itkin düşüb.

Report xəbər verir ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Fərəc Fədai oğlu Sərvanuş bir müddət əvvəl işləmək üçün Bakı şəhərinə gəlib.

F.Sərvanuşun anası Məhbubə Tahirova bildirib ki, oğlu ilə sonuncu dəfə 15 gün əvvəl danışıb:

“Fərəc Bakı şəhərində, 28 may ərazisində “ayıq sürücü” kimi çalışıb. Sonuncu dəfə ötən ayın sonunda danışmışam. Daha sonra günlərlə zəng etdim telefonuna zəng çatmadı. Heç bir əlaqə yoxdur. Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat vermişəm. Atası ilə boşanmışam və o, Qəbələ rayonunda yaşayır, ondan da maraqlanmışıq onun da yanında deyil. Xahiş edirəm onu görənlər mənə, polisə xəbər versin”.