Bakıda avtobuslarda gediş haqqı 50 qəpik ola bilərbackend

Bakıda avtobuslarda gediş haqqı 50 qəpik ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda ictimai nəqliyyatda bahalaşma gözlənilir”.

Bunu iqtisadçı Qubad İbadoğlu deyib. O, bildirib ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsini  “taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var” fikirlərinə müxtəlif mənbədən fərqli şərhlər yazılır. İqtisadçı isə bununla bağlı 2 qənaətinin olduğunu qeyd edir:

2) Taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir. Böyük ehtimalla,  öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun.

Odur ki, bilin ki,  BNA nümayəndəsi sözü heç vaxt havaya deməz, anında və məkanında işlədib. Bir sözlə, ayının min oyunu var,  bir armudun başında”.