Bakıda arvadını boğan şəxs: “Xəyanətə görə öldürdüm”backend

Bakıda arvadını boğan şəxs: “Xəyanətə görə öldürdüm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişin hüquqi varisi ifadə verib.
TİA.AZ report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesində dindirilən mərhum Aliyə Məmmədovanın anası Yeganə Məmmədova bildirib ki, təqsirləndirilən şəxs və qızı arasında dəfələrlə mübahisə və münaqişə olurmuş.
O deyib ki, qətl hadisəsindən əvvəl qızı əri tərəfindən döyülüb: “Uşaqlar olaydan əvvəl bizdə qalırdı. Onlar məktəbə və hazırlığa bizdən gedirdi. Həmin gün isə uşaqlar evdə olmayıb. Vilayət narkotik istifadə edirdi”.
V.Məmmədov isə söyləyib ki, A.Məmmədova ona xəyanət etdiyi üçün öldürüb.
Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü V.Məmmədov yaşadığı evdə həyat yoldaşı, 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanı məftillə boğaraq qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
V.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.