Bakıda ailə dramı: Onkoloji xəstə olan qayınata kürəkənini qətlə yetirdibackend

Bakıda ailə dramı: Onkoloji xəstə olan qayınata kürəkənini qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda qayınatanın kürəkənini qətlə yetirməsi ilə bağlı cinayət işinin motivləri bəlli olub.
TİA.AZ oxu.az-a istinadən ötən il baş vermiş qətl hadisəsinin təfərrüatını təqdim edir.

Mətbuatda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin adları keçsə də, məhkəmə materialları ilə tanış olarkən onların adlarını çəkməməyi məqsədəuyğun hesab etdik.
Ona görə ki, qətlə məruz qalan şəxs narkotik aludəçisi olub, onu öldürən qayınatası isə onkoloji xəstə.
Biz etik məsələləri nəzərə alıb, onların kimliyini şərti adlar altında gizlədəcəyik.
Hər şey ondan başlayır ki, Ramin 2008-ci ildə Günellə ailə həyatı qurduqdan cəmi iki ay sonra onlar arasında münasibətlər gərginləşir.
Günel evləndikdən iki ay sonra ərinin narkotik istifadəçici və spirtli içki aludəçisi olduğunu anlayır, belə ki, o evdən narkotik vasitələr, o cümlədən kokain tapır.
Bununla belə onlar həyat yollarını ayırmırlar, bu nikahdan onların iki qız övladı dünyaya gəlir.
Ramin isə hər keçən gün daha da aqressivləşir, hətta qızlarının üzərinə də qışqırır və övladları ilə kobud davranır.
Günel buna görə ərindən ayrılmaq qərarına gəlsə də, atası Mərdan və qayınatası ağsaqqal kimi öz məsləhətlərini verərək cütlüyü bu yoldan çəkindirirlər.
Bu minvalla davam edən evlilik həyatında nahamarlıqlar çoxalır. Bu məsələ ilə bağlı Raminin müalicə olunması üçün həm öz valideynləri, həm də onun özü tərəfindən səylər göstərilir, pul verilir, ancaq nəticəsi olmur.
Bu nəticəsizlik ailənin taleyi üçün xoş olmayan nəticə doğurur. 2020-ci ilin oktyabr-noyabr aylarında Raminin narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülməz şərait yaratması Günelin ayrılıb ata evinə getməsinə səbəb olur.
Günel onlarda qaldığı vaxtlarda həftədə 2-3 dəfə Raminin öz uşaqlarını görməsi üçün şərait yaradılır.
Həmin ilin dekabrında isə Ramin qayınatası Mərdana zəng edərək aqressiv formada onunla danışır.
Qayınatası Mərdəkandakı bağ evində olduğunu, kürəkəninin ora gələrək söhbət etməsinin vacibliyini bildirir.
Ramin gəldikdən sonra qayınatası ilə mübahisəsi dərinləşir. Ramin qayınatasını, onun ailəsini söyməyə başlayır. Mərdan əsəbini cilovlayaraq ona cavab vermir, düşünür ki, kürəkəni sakitləşəcək və xoşluqla çıxıb gedəcək.
Ancaq onun soyuqqanlılığı fayda vermir, Ramin qızışaraq onu, uşaqlarını, ailəsini pis-pis söyüşlərlə təhqir edir, onu və ailə üzvülərini öldürməklə hədələyir.
2020-ci il dekabrın 13-də qətl hadisəsi baş verir. Həddən artıq şəkildə təhqir olunduğuna dözməyən Mərdan evdə saxladığı tüfəngə əl atır.
“O, mənə elə söyüşlər söydü ki, dözə bilmədim, sanki havalanaraq evin girişindəki tüfəngi götürdüm. Daha sonra kürəkənimə üç dəfə atəş açdım”,-deyə Mərdan ifadəsində bildirib.
Mərdan atəş açdıqdan sonra nə olduğunu dərk etmir, yalnız bağbanı gəlib ona nə olduğunu soruşduqdan sonra özünə gələrək yerdə qalan kürəkənini göstərir.
Mərdan təcili yardıma zəng edir, lakin tibb heyəti gələndən sonra Raminin öldüyünü müəyyən edir.
Raminin qohumları isə ifadələrində baş vermiş hadisəyə görə Günelin anasını günahlanırırlar.
Onlar bildirir ki, Raminin qayınanası ər-arvad münasibətlərinə müdaxilə edib, qızının başını doldurub.
Mərdan isə əməlindən peşmandır, o, məhkəməyə müraciət edərək bildirib ki, onkoloji xəstədir və bu xəstəliklə bağlı Türkiyədə dəfələrlə müalicə alıb.
Həmçinin onun ürəyində kardioloji problemləri olduğu üçün bununla da bağlı əziyyət çəkir, istintaq təcridxanasında lazımi tibbi yardım ala bilmir.
O, məhkəmədən xahiş edib ki, onun onkoloji və kardioloji problemlərini nəzərə almaqla müalicə müəsssəsinə köçürülməsinə köməklik edilsin.
Məhkəmənin hökmü ilə Mərdan Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə hökm edib ki, Mərdan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.