Tribuna İnformasiya Agentliyi

Bakıda ağac “qətliamı”: kəsib üstünü torpaqladılar

28 İyul

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəsimi rayonunda ağacların kəsilməsi hadisəsinə münasibət bildirib. Nazirlikdən TİA.AZ-a bildirildi ki, “Qaynar xətt”ə  Nəsimi rayonu, 20 yanvar küçəsi 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb: “ Əraziyə keçirilən baxış zamanı köküstə yaş  müxtəlif cinsli 3 ədəd ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanuna müvafiq tədbir görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə məktubla müraciət olunub. Sözügedən əraziyə yeni ağacların əkilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş”  verilib.