Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıbbackend

Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub.

TİA.AZ xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O bildirib ki, son bir ayda Bakıda 5122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib: “Bir il ərzində uşaqların təlim- tərbiyəsi ilə 4299 müəllim məşğul olur”.

M.Vəliyeva, həmçinin qeyd edib ki, idarənin tabeliyinə 348 bağça keçib:

“Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Bağçalardan 264-ü körpələr evidir. 18 bağçada cari təmir işləri başa çatdırılıb, 4 bağça əsaslı təmir olunub”.