Tribuna İnformasiya Agentliyi

Bakıda 700 manata alça satılır – VİDEO

17 Mart

Könlü çiyələk, üzüm, alça, qarpız kimi hazırda mövsümi olmayan meyvələri yemək istəyənlər heç də narahat olmasınlar. Minval.İnfo xəbər verir ki, amma market və bazarlarda bu meyvələr tapılsa da qiymətləri yaya nisbətən bahadır. Alçanın bir kilosu təxminən 700 manata, yayda kilosu 1 manata olan gavalı isə 14 manata satılır.

Satıcıların sözlərinə görə, bazara çıxarılan bu meyvələrin bir çoxu xüsusi soyuducularda saxlanılan yerli məhsullardır. Qiymətlərin baha olmasına baxmayaraq, qeyri mövsümi meyvələrə də tələbat az deyil. Hazırda bayramla əlaqədar satışlar artıb.

Satıcıların sözlərinə görə, bayramdan sonra qiymətlər enə bilər.