Bakıda 36 yaşlı şəxs “AA” seriyalı maşının yanında özünü avtomatla vurdu – FOTObackend

Bakıda 36 yaşlı şəxs “AA” seriyalı maşının yanında özünü avtomatla vurdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda 36 yaşlı şəxs özünü güllələyib.

“MediaPost” xəbər verir ki, hadisə Nəsimi rayonu, Zeynalabdiyev küçəsində noyabrın 15-i saat 16 radələrində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Ramin Alməmməd oğlu Əliyev özünü “AA” seriyalı maşının yanında güllələyərək öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Ehtimal edilir ki, intihar edən şəxs avtomatı maşının baqajından götürərək canına qəsd edib.

Hazırda onun həmin avtomobillə əlaqəsi və intihara cəhdi araşdırılır.