Tribuna İnformasiya Agentliyi

Bakıda 23 yaşlı oğlanı bıçaqladılar

22 Aprel

Bakıda 23 yaşlı oğlan metro stansiyasının yaxınlığında bıçaqlanıb. 

Bakıda 23 yaşlı oğlan metro stansiyasının yaxınlığında bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, metronun “Əhmədli” stansiyasından çıxan 1994-cü il təvəllüdlü Quliyev Kamran Sənan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.