Bakıda 2 nəfərin öldüyü hadisənin TƏFƏRRÜATLARI – Maşında 5 nəfər olubbackend

Bakıda 2 nəfərin öldüyü hadisənin TƏFƏRRÜATLARI – Maşında 5 nəfər olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 12-də səhər saatlarında Bakı şəhər Sabunçu rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

TİA.AZ xəbər verir ki, yük avtomobilinin minik maşınları ilə toqquşması nəticəsində 2 nəfərin ölümü, daha 1 nəfərin isə ağır xəsarət alması faktı ilə bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 2 və daha artıq şəxsin ölümünə səbbə olduqda) maddəsi ilə iş açılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, ağır qəza 1965-ci il təvəllüdlü Arzu Ağarəşidovun idarə etdiyi “Howo” markalı yük maşınını Kürdəxanı qəsəbəsi ərazisində sola döndərərkən baş verib. Belə ki, yük maşını dönmə manevri edərkən onunla eyni istiqamətdə hərəkət edən və 1988-ci il təvəllüdlü Seymur Şahkərimovun idarə etdiyi “Mercedes C Class” markalı avtomobil arxadan ona çırpılıb. Daha sonra isə Həsən İsmayılovun sürdüyü “Nissan Sunny” də yük maşınına dəyərək dayanıb.

Hadisə nəticəsində “Mercedes”də olan 5 nəfərdən 3-ü ağır xəsarət alıb. Onlardan 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlu və şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş digər sərnişin hadisə yerində vəfat edib. Daha bir sərnişin isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.