Bakıda fantastik qiymətə daha bir villa satışa çıxarılıb.
TİA.AZ-ın məlumatına görə,İzmir küçəsində “HYATT REGENCY” otelinin yaxınlığında yerləşən klassik üsubda tikilən üçmərtəbəli villa 17 milyon manatadır. Ümumi sahəsi 1500 kvadratmetr olan mənzilin fotoları ev alqı-satqısı saytında yerləşdirilib.
30 sot torpaq sahəsi olan mülkün bahalı mebellərlə təchiz edildiyi vurğulanıb. Böyük həyəti və meyvə bağı var.