Bakıda 108 binanın sakinləri köçürülür – RƏSMİbackend

Bakıda 108 binanın sakinləri köçürülür – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur. Hazırda sözügedən binalarda köçürülmə işləri aparılır.

TİA.AZ xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, hazırda BŞİH-in balansında 11 min çoxmənzilli yaşayış binası mövcuddur:

“Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yarasız olması və insanların köçürülməsi barədə bizə artıq rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinətinə də artıq müraciət etmişik. Hazırda bu binalarda yaşayan şəxslərin köçürülməsi prosesi aparılır”.

Xatırladaq ki, bir neçə gün öncə Badamdar qəsəbəsində binanın üzlük daşının 14 yaşlı yeniyetmənin başına düşməsi nəticəsində bədbəxt hadisə baş verib. Həmin yeniyetmə bu gün dünyasını dəyişib.