Tribuna İnformasiya Agentliyi

Bakıda 1 milyon manata avtomobil satışa çıxarıldı – FOTOLAR

10 Sentyabr

Bakıda 1 milyon manata avtomobil satışa çıxarılıb.

GoldNews.az-ın məlumatına görə, elan saytlarından birində yerləşdirilən yazıda qeyd edilir ki, “Rolls-Royce Phantom” avtomobili 630 min dollara (1071000 AZN) alıcılara təklif olunur.

2018 il buraxılışı olan avtomobilin mühərriki 563 at gücünə malikdir. Gümüşü rəngdə olan maşın yağış sensoru, mərkəzi qapanma, park radarı, kondisioner, oturacaqların isidilməsi və arxa görüntü kamerası funksiyaları ilə təchiz olunub. 

Bahalı avtomobilin fotolarını təqdim edirik: