Tribuna İnformasiya Agentliyi

Bakıda ənənəvi beynəlxalq şahmat festivalı start götürür

26 Dekabr

Yanvarın 3-ü “Fuad Cəfərov Memorial” şahmat festivalı start götürür.

Milli.Az-ın xəbərinə görə, Respublika şahmat mərkəzində baş tutacaq müxtəlif turnirlərdə 200-dən çox şahmatçı iştirak edəcək.

2019-cu ilin şahmat təqvimi ənənəvi olaraq büyük beynəlxalq şahmat festivalı ilə başlanacaq.

Azərbaycan şahmat tarıxındə özünəməxsus yer tutmuş mərhum Fuad Cəfərov həm Beynəlxalq hakim, həm əməkdar məşqçi, həm də bacarıqlı təşkilatçı kimi taninıb. O, Respublika şahmat mərkəzinin ilk direktoru vəzifəsində 16 il fəalliyyət göstərmış, ölkəmiz müstəqillik qazandıqdan sonra yeni nəsil şahmatçıların inkişafı üçün çox işlər görmüşdü.

Festivalın təşkilatçısı, onun şagirdi və davamçısı, beynəlxaq usta, FİDE senior məşqci və beynəlxalq hakim İlqar Bacaraninin sözlərinə görə, bu, artıq 8-ci memorialdır. Hər dəfə 200-ə yaxın şahmatçının iştirakı ilə keçirilən 5 müxtəlif yarışlardan ibarət olur.

Əvvəl 11 yaşadək uşaqlar isveçrə sistemi üzrə 7 oyun keçirəcəklər.

Açıq turnirdə 80 nəfərə yaxın idmancı müxtəlif mükafatlar uğrunda mübarizə aparacaq. Baş mükafat 750 manat olacaq. Eyni zamanda turnirdə digər ölkələrdən şahmatcıların da olması memoriala xüsusi rəng qatır.

Qapalı yarışda isə gənc istedadlı şahmatçılarımız qrossmeysterlərlə mübarizə apararaq və beynəlxalq adlar almaq uğrunda çalışacaqlar. Burada Ukrayna, Gürcustan, Rusiya idmancıları da yer alacaqlar.

Rapid turniri yanvarın 5-də fərdi olaraq keçəcək, Blitz yarışı isə yanvarın 3-də komanda formatında keçiriləcək. Bu formatda 1 kişi + 1 qadın, yaxud 1 kişi + 14 yaşadək olan gənc şahmatçı komanda şəklində mübarizə apara bilər. Klassik formatda yarış isə 4-11 yanvar aralığında baş tutacaq.