Bakı zooparkına heyvanların köçürülməsinə başlanılıbbackend

Bakı zooparkına heyvanların köçürülməsinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonu ərazisində müvəqqəti yerləşdirilən heyvanların Bakı Zooloji Parkına köçürülməsinə başlanılıb.

Bunu “Report”a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

O bildirib ki, zooparkda təmir işləri hələ yekunlaşmayıb: “İşlər gedə-gedə müəyyən heyvanlar köçürülür. Hansı hissə hazırdırsa, o hissəyə heyvanlar yerləşdirilir”.

A.Hüseynov zooparkın açılacağı tarixin hələ dəqiq bilinmədiyini deyib.