Tribuna İnformasiya Agentliyi

Bakı yollarında sürət həddi endirildi

15 Dekabr

Bakının əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saat qədər endirilib. 

Bakının əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saat qədər endirilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsindən TİA.AZ-a verilən məlumata görə, bu addım Bakıda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar atılıb.

“Qeyd edək ki, axşama doğru yollarda buzlaşma olarsa, sürət həddi daha 20 km/saat qədər endirilə bilər”, – deyə məlumatda bildirilir.