Bakı Xoreoqrafiya Akademiyası aşkarlanan pozuntulara münasibət bildirib-EKSKLÜZİVbackend

Bakı Xoreoqrafiya Akademiyası aşkarlanan pozuntulara münasibət bildirib-EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, hüquqpozmaların qarşısının alınması məqsədilə monitorinqlər, xidməti araşdırmalar aparılır.”

Bunu TİA-az-ın sorğusuna cavab olaraq Akademiyadan bildiriblər.

“Mədəniyyət Nazirliyinin müvafiq komissiyası tərəfindən 2022-ci ilin yanvar ayında Bakı Xoreoqrafiya Akademiyasında aparılmış xidməti araşdırma zamanı Akademiyanın müəyyən dövrü əhatə edən fəaliyyətində pozuntu halları aşkar edilmişdir.

Araşdırma nəticəsində toplanmış müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

Eyni zamanda qeyd edirik ki, Bakı Xoreoqrafiya Akademiyasının yeni rəhbərliyi tərəfindən sözügedən araşdırma zamanı aşkar olunmuş pozuntu hallarının, o cümlədən tədris prosesinin təşkilində olan problemlərin aradan qaldırılması, Akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların qabiliyyətlərinin və ifaçılıq bacarıqlarının inkişaf etdirilməsi, onların yaradıcılıq potensialının reallaşdırılması və artırılması üçün əlverişli şəraitin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir”.-məlumatda deyilir.