Bakı Tikiş Evində İZDİHAM — FOTO/VİDEObackend

Bakı Tikiş Evində İZDİHAM — FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni dərs ilinə hazırlaşan valideynlər Bakı Tikiş Evinin (BTE) satış mağazasının qarşısında və mağazasının içərsində izdiham yaradıblar.

TİA.AZ  xəbər verir ki, məktəblərin açılmasına sayılı günlər qalması və valideynlərin yeni məktəbli formalarını ala bilməməsi onları hərəkətə gətirib.

Valideynlər Publika.az-ın əmakdaşına məktəbli forması almaqda çətinlik çəkdiklərini deyiblər. BTE-dəki izdiham görüntülərindən aydın olur ki, məktəblərin açılmasına az müddət qalsa da şagirdlərin forma problemi hələ də öz həllini tapmayıb.

Valideynlərin sözlərinə görə, onlar daha çox qısaqol polo köynəklər, eyni zamanda uzunqol köynəklər almaqda çətinlik çəkirlər. BTE-dəki əməkdaşımızın verdiyi məlumata görə, qısa qol polo köynəklər bir neçə saatdan bir satış mərkəzinə gətirilir. Bu müddət ərzində valideynlər saatlarla gözləməyə məcbur olur. BTE əməkdaşları qapıları bağlayaraq insanların hissə-hissə mağazaya girişini təmin edir. Valideynlərin uzaq məsafə qət edərək bura gəlirlər. Onların bildirdiyinə görə, həftə ərzində artıq bir neçə dəfədir ki, bura forma almaq üçün üz tuturlar. Ancaq hər dəfə uyğun ölçü olmadığından, yenidən gəlmək məcburiyyətində qalırlar. Eyni zamanda, əməkdaşımızın bildirdiyinə görə, bəzi şəxslər BTE-yə gələrək onlarla geyim dəstini birdəfəyə alır və yenidən növbədə dayanır. Bu isə valideynlərin ciddi narazılığı ilə qarşılanıb və onlar etiraz edərək hamının bərabər prinsiplə məhsul almasını tələb ediblər. BTE bir müddət öncə yalnız I-IV siniflər üçün məktəbli formaları tikəcəyini açıqlasa da, yuxarı sinif şagirdləri üçün məktəbli formalarının satışda olması diqqətimizdən yayınmır. Təhsil Nazirliyi də bu il yalnız I-IV siniflərin məktəbli formaları geyinə biləcəyiniz bildirmişdi. Elm və Təhsil Nazirliyi şagirdlərin yeni məktəbli formalarını geyinməsinin bu il məcburi olmadığını açıqlasa da, valideynlər müəllim və direktorların şagirdlərdən yeni formaları geyinməyi təkidlə tələb etdiyini, əks təqdirdə onları məkətəbə buraxmayacaqlarını bildirirlər.

Qeyd edək ki, bu ilin martın 17-də Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” qərar imzalayıb. Qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim formasının nümunəsi təklif olunub.