“Bakı Telefon Rabitəsi” ilə bağlı ŞOK İDDİA…backend

“Bakı Telefon Rabitəsi” ilə bağlı ŞOK İDDİA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Telefon Rabitəsi” (BTR) MMC-nin baş direktoru Rövşən Əliyev tutduğu vəzifədən azad edilib. Bu barədə “Hürriyyət“ə daxil olan məlumata görə, 18 noyabr 2016-cı il tarixdə keçmiş rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə sözügedən vəzifəyə təyin olunan Rövşən Əliyevlə yanaşı, onun yaxın adamı kimi tanınan, milliyyətcə erməni olan BTR MMC-nin kommersiya departamentinin rəhbəri Artur Əliyev də işdən kənarlaşdırılıb.

Məsələ ilə bağlı “Hürriyyət”i bilgiləndirən mənbənin sözlərinə görə, Rövşən Əliyev və Artur Əliyev məhz yol verdikləri ciddi qanun pozuntuları, maxinasiyalar səbəbindən vəzifələrindən azad olunublar. Həmçinin, o da bildirilir ki, adıçəkilən şəxslərin başında durduğu “alver şəbəkəsi“nin aktiv üzvləri sırasında Qaradağ Rayon Qovşağının rəisi Aydın Hacıyev və Yasamal telefon Qovşağının baş mühəndisi Elçin Rzayevin də adı hallanır.

Xəbərin doğru və ya yanlış olmasını öyrənmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətiylə əlaqə saxladıq. Nazirlikdən “Hürriyyət”ə bildirilib ki, “Bakı Telefon Rabitəsi” (BTR) MMC-nin baş direktoru Rövşən Əliyev 15 mart və kommersiya departamentinin direktoru Artur Əliyev 12 mart tarixində öz xahişləri ilə tutduqları vəzifədən azad ediliblər.

Maraqlıdır ki, milliyyətcə erməni olduğu deyilən BTR MMC-nin kommersiya departamentinin rəhbəri Artur Əliyev bu günə belə bir strateji sahədə necə çalışıb?

Hüquqşünas Bəhruz Bayramov “Hürriyyət”ə açıqlamasında bildirib ki, Azərbaycan dövləti qanunla hər kəsə dinindən, tutduğu mövqeyindən və milli mənsubiyyətindən aslı olmayaraq yaşamaq hüququ verir: “Bunu təhlükəsizlik orqanları müəyyən etməlidir. Çünki Azərbaycan dövləti qanunla hər kəsə dinindən, tutduğu mövqeyindən və milli mənsubiyyətindən aslı olmayaraq yaşamaq hüququ verir. Eyni zamanda, vətəndaşların hüquqlarının həyata keçirilməsinə təminat verilir. Milliyyətcə erməni olduğunu hesab edə bilərik, amma onların yaşamaq hüququna təminat verilir. Əgər Azərbaycanda yaşayan milliyyətcə ermənilər sterateji yerdə işləyib və xarici orqanlarla əlaqəyə girirsə, hər halda bunu təhlükəsizlik orqanları araşdırmalıdır. İlk növbədə real faktlar sübut edilməlidir. Daha sona qanunauyğun olaraq tədbir görülməlidir. Əgər o dövlətə qarşı hər hansısa cinayət əməl edirsə bunun qarşı alınmalı və tədbir görülməlidir. Yəni ordada konkret faktlar olmalıdır.

Azərbaycanda bir tərəfi erməni olan çox sayda erməni yaşayır. Ola bilsin ki, onların uzaq da olsa qohumluqları çata bilər. Eyni zamanda, Ermənistanda da atası və ya anası azərbaycanlı olan insanlar var. Hazırda da onlar Ermənistan Respublikasına xidmət edir və onların mənafeyindən çıxış edir. Dediyim kimi, Azərbaycanda da bir tərəfi erməni olan insanlar yaşayır”.

Ağ Partiyanın sədri Tural Abbaslı məsələyə münasibət bildirərkən deyib ki, erməni mənşəli insanların strateji əhəmiyyətli vəzifələrdə işləməsinin qarşısı alınmalıdır. O, eyni zamanda, xüsusi xidmət orqanlarının erməni mənşəli insanları xüsusi nəzarətdə saxlamalı olduğunu qeyd edib: “Azərbaycan çoxmillətli dövlətdir. Yəni hazırda bizdə müxtəlif dövlətlərin nümayəndələri yaşayırlar. Onlar həmrəylik, sülh və əmin-amanlıq içərisində yaşayır. Heç kimə milli kimliyinə və ya dini kimliyinə görə fərqli münasibət bəslənilmir. İstər dövlət, istərsə də cəmiyyət tərəfindən fərqli münasibət göstərilmir. Azərbaycan tolerant və dözümlü xalqdır. Amma ermənilərə münasibət digər xalqlara münasibətdə fərqli olmalıdır. Çünki Azərbaycan Ermənistanla müharibə şəraitində olan dövlətlərdir. Yəni ermənilər tarix boyu Azərbaycana təcavüz edib. Nəticədə ərazilərimizi işğal edib və dinc əhalimizə qarşı soyqrım siyasəti həyata keçiriblər. Bu baxımdan, erməni millətinin nümayəndələrini xüsusi nəzarətdə saxlamalıyıq. Təbii ki, bununla xüsusi xidmət orqanları məşğul olmalıdır. Azərbaycanda otuz mindən çox erməni mənşəli Azəbaycan vətəndaşı yaşayır. Hökümət də bunu etiraf edib. Hazırda içimizdə də yaşayırlar. Məlum məsələlərə görə onların bir çoxları adlarını və soyadlarını dəyişib. Çünki cəmiyyətdə onlara qarşı aqressiya var. Azərbaycanda yaşayan ermənilər cinayət törətməyibsə, həbs edilməsi mümkün deyil. Onlar Azərbaycan vətəndaşıdır. Amma, belə insanların strateji əhəmiyyətli vəzifələrdə işləməsinin qarşısı alınmalıdır. Xüsusi xidmət orqanları erməni mənşəli insanları xüsusi qeydiyyata almalıdır. Onların özləri və ailə üzvləri də nəzarətdə olmalıdır. Çünki gələcəkdə Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlayacağı təqdirdə onların mövqeyinin necə olacağı bəlli deyil. Bir çox hallarda onların Ermənistanla əlaqələrinin olduğu bəlli olur. Əsas strateji yer olan “Bakı Telefon Rabitəsi” (BTR) MMC-də ermənli mənşəli şəxsin vəzifədə oturması doğru deyil. Çünki əsas strateji məlumatlar bu kanal vasitəsilə aparılır. Əgər bu şəxsin erməni mənşəli olmasıyla bağlı iddialar doğrudursa və o bu günə qədər orda işləyibsə onları vəzifəyə gətirənlərlə bağlı araşdırma aparmaq lazımdır. Bu adam hansı keyfiyyətinə görə bu cür strateji yerdə vəzifəyə təyin edilib?… Bunu araşdırmaq da Dövlət Təhlükəsizliyi Xidmətinin işidir”.

Redaksiyadan: Rəsmi qurumların və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.