Bakı Tbilisi ilə qardaşlaşacaqbackend

Bakı Tbilisi ilə qardaşlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın paytaxtı Bakı şəhəri Gürcüstanın paytaxtı Tbilisi ilə qardaşlaşacaq.

TİA.AZ xəbər verir ki, təşəbbüs Azərbaycanın Gürcüstandakı səfirliyinə məxsusdur.

Bakı və Tbilisinin qardaşlaşması haqqında memorandum üzərində iş yekunlaşmaq üzrədir.

Tbilisi merinin müavini Andria Basilaya bildirib ki, meriya Gürcüstanın paytaxtı dost və qardaş dövlət olan Azərbaycanın mərkəzi şəhəri Bakı ilə əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsində çox maraqlıdır.

Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir. Azərbaycan və Gürcüstanın sənaye şəhərləri olan Sumqayıt və Rustavi isə 1952-ci ildə qardaşlaşıblar.