Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi bərpa edildibackend

Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi bərpa edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıtda, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini bərpa edib.

Tia.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd edək ki, qərara əsasən, 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.

Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub.

Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması sentyabrın 30-dək tətbiq ediləcək.