Bakı-Sumqayıt qatarlarının sayı artırılır – CƏDVƏLbackend

Bakı-Sumqayıt qatarlarının sayı artırılır – CƏDVƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 21 oktyabr tarixindən bu xətt üzrə hərəkət edən qatarların sayı artırılacaq.

TİA.AZ-ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında deyilir.

Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə artırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.

O cümlədən Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.

Yeni cədvəlləri təqdim edirik. Qeyd edək ki, cədvəllərdə əlavə olunmuş reyslər qırmızı, dəyişiklik olunmuş reyslər isə sarı rənglə fərqləndirilib.