Tribuna İnformasiya Agentliyi

Bakı – Sumqayıt qatarları da işləmir

03 İyul

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

Bu barədə  Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. QSC sərnişinlərin nəzərinə çatdırır ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün iyulun (3-də) günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.

Yaranmış müvəqqəti narahatçılığa görə qurum sərnişinlərdən üzr istəyir.