Tribuna İnformasiya Agentliyi

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb

17 Avqust
Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.
TİA.AZ  APA-ya istinadən xəbər verir ki, qatar platformadan kənarlaşandan bir qədər sonra dayanıb.
15 dəqiqə dayandıqdan sonra qatar geri qayıdıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qatarın pantoqrafında nasazlıq yaranıb.
Sərnişinlər qatardan təxliyə olunub. Onlar növbəti qatarla Sumqayıta yola salınacaqlar.